Qəbələ rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələnin Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 21015 və "VAZ 21011 markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağdaş rayon sakinləri - 1992-ci il təvəllüdlü Gümrah Quliyev, 1981-ci il təvəllüdlü Ramin Əliyev, Nohurqışlaq kənd sakinləri - 1967-ci il təvəllüdlü Əmrah Əzimov, 1995-ci il təvəllüdlü Qərənfil Ədilli müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.