Azərbaycan millisinin Gürcüstan yığması ilə yoldaşlıq oyununun hansı stadionda keçiriləcəyinə aydınlıq gəlib.

Unikal.org xəbər verir ki, oyun Antalyadakı "Mardan idman kompleksinin 7428 tamaşaçı tutumuna malik stadionunda keçiriləcək.

Bu oyun Qurban Qurbanovun millimizin "sükanı arxasında debüt matçı olacaq.

Qarşılaşma gələn il fevralın 2-də keçiriləcək.