Bakıda çörəyin içindən siçovul nəcisi çıxıb.
Unikal.org xəbər verir ki, bu barədə Qaynarinfo-ya paytaxt sakini İsmayıl Quliyev məlumat verib. O şəhər mağazalarının birindən aldığı çörəyin fotosunu çəkərək saytımıza göndərib.
İ.Quliyev üzərində "Zavod çörəyi" yazılan çörəklərin Yeni Yasamal ərazisindəki sexlərin birində hazırlandığını bildirib və vətəndaşlarımızı çörək alarkən diqqətli olmağa çağırıb.
Sözügedən fotoları sizlərə təqdim edirik: