Xəbər verdiyimiz kimi elan saytlarının birində 1 aylıq uşaq 10 min manata satışa çıxarılıb. Elan yerləşdiriləndən sonra isə bu sosial mediada rezonans yaratdı.
Unikal.org xəbər verir ki, məsələ ilə bağlı BiG.Az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov körpə uşağın satışa çıxarılmasının cinayət tərkibi olmadığını bildirdi: "Burada nə var ki? O elanı sayta yerləşdirən adamın etirafını eşitmədiniz? O, çox peşmandır. Onun satmaq niyyəti olub, sonradan peşman olduğu üçün səhvini etiraf edib, burada polislik nə var ki? Niyyət etmək cinayət deyil axı?!