U-21 millimizə yeni baş məşqçi təyin olunan Rəşad Sadıqovun köməkçilərindən daha birinin adı məlum olub.
Unikal.org xəbər verir ki, bolqarıstanlı Vladislav Yanuş U-21 millisində Rəşad Sadıqovun köməkçisi olacaq. O, yığmanın fiziki hazırlıq üzrə məşqçisi təyin olunub.
Yanuş Bolqarıstanda "Lokomotiv (Plovdiv), "Beroe, "Vereya və "Liteks klublarında çalışıb. U-21-in məşqçilər heyətində Aftandil Hacıyev və Faiq Əzizov da yer alıb.