Peterburqda dekabrın 25-də Su muzeyindən məktəbliləri Kirovsk şəhərinə daşıyan avtobusun sürücüsünə qarşı hücumun iştirakçısı olmuş qadın da tutulub. 

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə RF İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Zülfiyyə Seyidmuradova dekabrın 28-nə keçən gecə tutulub. Hadisə yerində onunla birgə olmuş Əlizadə Mustafayevə qarşı artıq ittiham irəli sürülüb və hazırda Seyidmuradovaya ittihamın irəli sürülməsi və onlar barəsində qətimkan tədbirinin seçilməsi məsələsi həll olunur. Hər iki saxlanılan cinayət əməli törətdiklərini etiraf ediblər.

Avtobus sürücüsünə hücumla bağlı RF Cinayət Məcəlləsinin "xuliqanlıq maddəsi üzrə cinayət işi başlanıb. Daha əvvəl isə eyni fakt üzrə "adam öldürməyə cəhd maddəsi ilə iş başlanmışdı. Hazırda bu iki cinayət işi birləşdirilib.