Dekabrın 26-dan itkin düşən apinistlərlə bağlı Rusiyanın müvafiq qurumları da məlumatlanıdırlıb. Bu barədə Unikal.org-a "Gilavar klubunun rəhbəri Ziya Qasımov bildirib:

"Bütün versiyalar araşdırılıb, onların Dağıstana keçmə ehtimalı da yoxlanılır. İtkin düşən alpinistlərimizlə bağlı Dağıstana məlumat verilib ki, 3 nəfər axtarışdadır, ola bilər siz tərəfə gəliblər. Onların dağda azaraq Dağıstana keçmə ehtimalı var. Qarşı tərəfdə də axtarışlar gedir. Hazırda axtarışlar davam edir. Mən özüm də Xınalıq ərazisindəyəm. FHN, Ekologiya Nazirliyi, Sərhəd Xidməti və digərləri onların axtarışı üçün səfərbər olunublar.

Z,Qasımov alpinistlərin sağ qalma ehtimalından da danışıb:

"Onların sağ qalma ehtimalları yüksəkdir. 99 faiz sağ- salamatdırlar. İnşallah yaxın zamanda tapacağıq. Yeməkləri, əzuqələri böyük idi. Çox təcrübəli idmançılardır. Onların başına qəza gəlməsi qeyri-mümkündür. Axırıncı dəfə onlarla bazar günü əlaqə saxlanılıb. 

Aygün İlqarqızı