"Neftçi heyətinə yeni futbolçu cəlb edib.

Unikal.org kluba istinadən xəbər verir ki, qapıçı Aqil Məmmədovla mövsümün sonunadək müqavilə bağlanıb. Tərəflərin istəyinə əsasən, mövsümün sonunda müqavilə daha bir illik uzadıla bilər.

28 yaşlı qapıçı 2015-2016-cı illərdə "Neftçinin şərəfini qoruyub.

Məmmədov "Neftçi"yə "Qəbələ"dən keçib.