"Neftçi futbol klubunun əvəzedici komandasının məşqçisi Aleksandr Qross və U-17 kollektivinin baş məşqçisi Arslan Quliyev Azərbaycan millisinə dəvət olunublar.
Unikal.org kluba istinadla xəbər verir ki, milli komandalarda çalışmaları üçün hər iki mütəxəssisin "Neftçi ilə müqaviləsinə xitam verilib.
Klub rəhbərliyi Aleksandr Qrossa və Arslan Quliyevə klubdakı xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.