"Barselona klubu müdafiəçisi Serxio Roberto ilə uzunmüddətli əməkdaşlıq etmək fikrinə düşüb.

Unikal.org xəbər verir ki, Serxionun karyerasının sonuna qədər "Barsada qalması üçün ona ömürlük müqavilə təklif olunub. Müdafiəçi agenti ilə birgə təklifi müzakirə edərək, öz şərtlərini irəli sürüb.

Hazırda "Barselona rəhbərliyi bu şərtləri müzakirə edir. Klub rəhbərliyindən etiraf ediblər ki, şərtlərlə bağlı müəyyən fikir ayrılığı var.

Ancaq o da vurğulanıb ki, çətin həll olunası şərtlər yoxdu. Rəhbərlik ümid edir ki, yaxın həftələrdə müqavilə imzalanacaq.

25 yaşlı Serxio Roberto "Barselonanın əsas komandasında 2011-ci ildən çıxış edir. Onun qüvvədə olan müqaviləsi 2019-cu ildə başa çatır.