İtaliya A seriyasının 19-cu turunda evdə "Latsio ilə qolsuz bərabərə qalan "İnterin baş məşqçisi Luçano Spalletti oyundan sonra fikirlərini mətbuatla bölüşüb.
Unikal.org xəbər verir ki, italyan mütəxəssis yerli mətbuata açıqlamasında komandasının favoritlərdən olduğunu bildirib:
"Perişiç başla fərqlənə bilərdi, lakin bu, onda alınmadı. Çempionatda ardıcıl iki oyun uduzduqda və İtaliya kubokundan kənarda qaldıqdan sonra keçmiş uğursuzluqları yada salanlar olur. Oyunçulara özünəinam aşılamağa çalışıram. Biz bu gün düzgün ideya ilə oynadıq. "İnter favoritdimi? Bizim 41 xalımız var, buna görə, favoritik.
Qeyd edək ki, A seriyasının 19 turundan sonra hesabında 41 xal olan "İnter turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. "Neradzurra lider "Napolidən 7 xal geri qalır.