"Mançester Sitinin baş məşqçisi Xosep Qvardiola hazırda komandasının dörd cəbhədə (İngiltərədə ölkə çempionluğu və iki kubok yarışı, Avropada Çempionlar Liqası) mübarizə aparmasından narahatdır.
Unikal.org xarici mətbuata istinadən yaydığı xəbərə görə, o bildirib ki, bu dörd yarışın hər birinin qalibi olmaq çox çətindir:
"Təqvimdə ehtiyatlı olmalıyıq. Mən hər üç gündən bir oynaya bilməyəcəyimizə görə narahatam. De Bruyne hər üç gündən bir 80 dəqiqə oynaya bilmir. Ona mövsümün sonu bizə kömək etməsi üçün güc lazımdır. Mən heç vaxt belə vəziyyətə düşməmişdim. Əvvəllər eyni zamanda üç fərqli yarışda çıxış etmişdim. İlk dəfə indi dörd yarışda oynayırıq. Liqa kuboku isə 2 oyundan ibarətdir. Baxaq, görək, bu işlərin öhdəsindən necə gələcəyik.