"Realın baş məşqçisi Zinəddin Zidanın oğlu Entso Zidan "Alavesdən ayrılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Entso karyerasını İsveçrədə davam etdirəcək. "Alavesin rəsmi saytında yayılan məlumatda bildirilir ki, 22 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulubx

Entsonun yeni klubu "Lozanna olacaq. Kiçik Zidan "Alavesə yayda "Realdan keçmişdi. "Kral klubu onu geri almaq hüququnu özündə saxlayırdı.

Entso "Alavesdə cəmisi 4 oyunda, 155 dəqiqə meydanda olub.