Real Madrid" İngiltərənin "Çelsi" kollektivinin belçikalı yarımmüdafiəçisi Eden Azarın transferi üçün 120 milyon avro həcmində təklif hazırlayır.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə "The Sun" qəzeti yazıb.

Bundan əvvəl 26 yaşlı belçikalı futbolçunun atası "Le Soir" nəşrinə bildirib ki, Azar "Çelsi" ilə 2020-ci ildə başa çatacaq müqaviləsinin müddətini uzatmaqdan imtina edib.

Azar 2012-ci ildən "Çelsi"nin şərəfini qoruyur.