Hakimin futbolçuya göstərdiyi qırmızı vərəqə ölümünə səbəb olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Meksikada həvəskarların çempionatında hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılan futbolçulardan biri ona hücum edib. Referiyə ciddi xəsarət yetirən oyunçunun adı açıqlanmır.
Hücuma məruz qalan hakim Xose Valdemar Ernandes Kapetilyo hadisədən sonra xəstəxanaya çatdırılıb. Lakin həkimlər bir həftə komada qalan referinin həyatını xilas edə bilməyiblər.
Hadisəyə səbəb olan futbolçu həbs edilib.