Braziliyada "Qızıl samba mükafatının sahibi bəlli olub. 

Unikal.org xəbər verir ki, bu mükafat Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçuya verilir. Mükafat PSJ-nin futbolçusu Neymara təqdim olunub.

Neymar səslərin 27,71 faizini toplayıb. O, "Liverpulun oyunçusu Filipe Koutinyonu geridə qoyub - 16,64 faiz. "Realın futbolçusu Marselo 14,43 faiz səs toplayıb.

Neymar bu mükafatı 3-cü dəfə qazanıb. O, 2014, 2015-ci illərdə də ən yaxşı olmuşdu.