Türkiyənin "Başakşəhər klubunun futbolçusu Emmanuel Adebayor dünyasını dəyişən qardaşının oğlunu övladlığa götürüb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adebayor ailəsi ibir müddətdir küslü olduğu böyük qardaşının oğluna ölümündən sonra sahib çıxıb. Bu barədə futbolçu özü "instaqram hesabında yazıb:
"Mənim böyük qardaşım Piter Adebayor artıq bizimlə deyil. Bu, onun oğludu. Bu gün onu özümün böyük oğlum elan edirəm. Onun adı kiçik Emmanuel Adebayordu.
Qeyd edək ki, Toqolu futbolçu son illər valideynləri və qardaşı ilə əlaqə saxlamırdı.