Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkiyə yeni təklif gəlib.
Unikal.org report-a istinadən məlumatına görə, xorvatiyalı mütəxəssislə Belçikanın "Standard" (Lyej) klubu maraqlanır.
Yerli mətbuat yazır ki, "Standard"ın məhz Prosineçkiyə təklif göndərməsi təsadüfi deyil. 49 yaşlı baş məşqçi 2000-2001 mövsümünün ikinci yarısında Lyej komandasında futbolçu kimi çıxış edib. O, 21 oyuna 4 qol vurub. Hazırda bu klub Belçika çempionatında 21 turdan sonra 26 xalla 9-cu pillədə qərarlaşıb. Komanda bu mövsüm cəmi 6 qələbə qazanıb.
Qeyd edək ki, Robert Prosineçki Bosniya və Herseqovina milli komandasının da baş məşqçi postuna iki əsas namizəddən biridir. Yekun qərar bu gün veriləcək.