İngiltərə Çempionşipində çıxış edən "Preston Nord End" klubunun futbolçusu Kevin O Konnor lotereyada 1 milyon avro udub.

Unikal.org xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İrlandiya Milli Lotereyasının Twitter səhifəsində bildirilir.

İrlandiyalı müdafiəçi lotereya biletini Yeni İl bayramı münasibətilə dayısından alıb.

Qeyd edək ki, 22 yaşlı Kovin O Konnor cinah müdafiəçisi mövqeyində çıxış edir..