"Qalatasarayın baş məşqçi postuna yenidən sahib çıxan Fatih Terim daha bir əfsanəsini geri qaytarıb. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, "imperator" braziliyalı əfsanəvi qapıçı Klaudio Taffareli kluba qaytarıb.

Taffarel klubdakı əvvəlki işinə geri qaytarılıb.  Belə ki, Terim onu özünə qapıçılarla iş üzrə köməkçi gətirib. Tafarrel özü də bu barədə sosial şəbəkədəki hesabında məlumat verib. 

Xatırladaq ki, Taffarel 1998-2001-ci illərdə də bu komandada futbolçu kimi çıxış edib.