Bolqarıstanın ÇSKA klubunun məşqçisi Mario Mitov karyerasını Azərbaycanda davam etdirəcək.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı "topsport.bg saytı yayıb. Xəbərdə Sofiya təmsilçisinin akademiyasında çalışan fiziki hazırlıq üzrə mütəxəssisin karyerasını "Qarabağda davam etdirəcəyi vurğulanıb.

24 yaşlı mütəxəssis ötən ildən çalışdığı ÇSKA-nın futbol akademiyasında yeniyetmə və gənc futbolçuların fiziki hazırlığının yüksəldilməsinə nəzarət edirdi.