Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasına rəhbərlik edəcək.
Unikal.org xəbər verir ki, bununla bağlı qərar Bosniya və Herseqovina Futbol İttifaqının İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub. 48 yaşlı mütəxəssislə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə bağlanılıb. Yeni baş məşqçinin qarşısına AVRO-2020-yə vəsiqə məqsədi qoyulub.
Qeyd edək ki, Robert Prosineçkinin isə ötən ay Azərbaycan millisi ilə başa çatan 3 illik müqaviləsinin müddəti uzadılmayıb.