Yeni il günü içki içib, siqaret çəkən futbolçu cəzaya məruz qalıb. "Romanın futbolçusu Raca Nainqqolanı ciddi cəza gözləyir.

Unikal.org xəbər verir ki, "Roma rəhbərliyi futbolçunu yeni il axşamındakı davranışına görə cəzalandıracaq.

Qeyd edək ki, sosial şəbəkədə canlı yayım edən belçikalı futbolçu siqaret çəkib, spirtli içki qəbul etməklə yanaşı və qeyri-etik ifadələr də işlədib.

Futbolçu bu görüntünü "instaqram səhifəsində də paylaşıb. Bir müddət sonra o, videonu silib və hər kəsdən üzr istəyib.

29 yaşlı futbolçunun üzrxahlığına baxmayaraq, klub rəhbərliyi onu bağışlamayıb. Raca Nainqqolanı 100 min avro (200 min manat) cərimələyəcək. Hətta futbolçunu yanvarın 6-da "Atalanta ilə keçiriləcək oyunda meydana çıxmayacağı da bildirilir.