Hollandiyalı futbolçu Azərbaycanda "Qəbələ" klubundakı çıxışı haqqında danışıb.
Unikal.org bildirir ki, "Qəbələni futbolçusu Deyv Bultuis qış fasiləsində Azərbaycan təmsilçisi ilə yollarını ayırmasıyla bağlı lc.nl saytına açıqlama verib:
"Ötən yay Almaniyada keçirdiyim 3 ildən sonra Azərbaycana, "Qəbələ klubunda oynamağa getdim. Maliyyə baxımından 3 illik müqavilə bağladım. Lakin ora elə də xoşuma gəlmədi.
Mənim 14 aylıq uşağım var. Ancaq son 6 ayda onu 3-4 dəfə görmüşəm. Bu, həddindən artıq azdır. Sadəcə olaraq, evə qayıtmaq istəyirdim. "Qəbələ" istədiyim kimi çıxış edə bilmədi. "Herenven"lə danışığımız isə yaxşı keçdi və müsbət yekunlaşdığı üçün sevinirəm. Son 6 ayda çox az matçda iştirak etmişəm. Lakin iki həftə məşq etdikdən sonra formamı bərpa edəcəyəm.
Qeyd edək ki, hollandiyalə oyunçu "Qəbələ" ilə 2017-ci ilin yayında 3 illik müqavilə bağlasa da, cari mövsümün ilk yarısında cəmi 4 oyunda çıxış edib.