İspaniyanın "Atletiko komandasının baş məşqçisi Dieqo Simeone İngiltərə "Çelsisinə rəhbərlik edə bilər.

Unikal.org  "The Timesa istinadən xəbər verir ki, buna səbəb londonluların hazırkı baş məşqçisi Antonio Kontenin klub rəhbərliyi ilə transfer siyasətində fikir ayrılığında olduğu üçün cari mövsümün sonunda postunu tərk etmək istəməsidir.

Bildirilir ki, italiyalı mütəxəssisi məhz argentinalı həmkarı əvəzləyəcək.

Qeyd edək ki, D.Simeone 2011-ci ildən "Atletikonun baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv İspaniya çempionu olmaqla yanaşı, Kral Kubokunu və ölkə Super Kubokunu qazanıb. O həmçinin Avropa Liqasının və UEFA Super Kubokunun qalibi olmaqla bərabər, komandasını iki dəfə Çempionlar Liqasının finalına çıxardıb.