"Barselona"nın yarımmüdafiəçisi, Türkiyə millisinin üzvü Arda Turan futbolçu karyerasını Çində davam etdirə bilər.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Çinin "Çikaqo Fayr" klubu türk futbolçu ilə maraqlanır. Hətta klub üzvlərinin Arda Turan və agentləri ilə danışıqları başladığı deyilir.
Qeyd edək ki, A.Turanla Türkiyə, İngiltərə və İtaliya klublarının da maraqlandığı iddia olunur.