"Qarabağ"ın sabiq futbolçusu Əlhərbi Əl Jadeuinin yeni klubu bəlli olub.
Unikal.org xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi karyerasını Fransanın 3-cü liqa təmsilçisi "Qrenobl"la davam etdirəcək. Bu barədə məlumatı Fransa mətbuatı yayıb. Ötən ay Tailandın "Ratçaburi" klubundan ayrılan mərakeşli futbolçu, yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək.
Əl Jadeui 2015/16 mövsümündə "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisinin heyətində keçirdiyi 21 oyunda 1 qol vurub.