İngiltərə çempionu "Çelsi heyətinə yeni futbolçu qatıb. 

Unikal.org xəbər verir ki, Premyer Liqa klubu 24 yaşlı yarımmüdafiəçi Ross Barklinin keçidini həyata keçirib. "Evertondan alınan futbolçu ilə 5,5 illik müqavilə imzalanıb.

İngiltərə mətbuatı "zadəganların bu transferə görə qarşı tərəfə 15 milyon funt-sterlinq təzminat ödəyəcəyini yazıb.

Barkli "Evertonun yetirməsidi. O, bu komandanın heyətində ilk rəsmi matçına 2011-ci ildə, KPR-lə oyunda çıxıb. Bütövlükdə isə Ross, 179 matçda 27 qola imza atıb.