Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Beşiktaş"dan İngiltərə Premyer Liqasında çıxış edən "Everton" klubuna transfer olunan futbolçu Cenk Tosuna zəng edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident mənbələrindən əldə edilən məlumata görə, dövlət başçısı telefon söhbəti zamanı türk hücumçunu ingilis klubu ilə 4,5 illik müqaviləyə imza atması münasibəti ilə təbrik edib.

Prezident Ərdoğan futbolçuya uğurlar arzulayıb.