"Barselona "Liverpuldan transfer etdiyi Filippe Koutinyonu bu gün ictimaiyyətə təqdim edəcək.

Unikal.org xəbər verir ki, "Nou Kampda baş tutacaq mərasimdə əvvəlcə müqaviləyə imza atılacaq. Ondan sonra isə stadionda fotosessiya olacaq və mətbuat konfransı keçiriləcək.

Koutinyo dünən "Nou Kampa gələrək "Auditorium 1899 zalında fotosessiya edib. Futbolçu "Barsanın "Tvitter səhifəsində azarkeşlərə müraciət edərək, onları salamlayıb:

"Barselonanın azarkeşlərini salamlayıram. Mən artıq burdayam. Arzum həyata keçdi. Sabah sizi görməyə ümid edirəm.

İddiaya görə, "Barselona ilə yanaşı "Real da "Liverpulun yarımmüdafiəçisi Filippe Koutinyonu transfer etmək istəyib. Bildirilir ki, "Kral klubu braziliyalı futbolçuya 200 milyon avro təklif edib. Lakin Koutinyo "Realda deyil, "Barselonadan oynamaq istədiyi üçün təklifi geri çevirib.

Maraqlıdır ki, uşaq vaxtı Neymarla birgə müsahibə verərkən Koutinyo da "Reala azarkeşlik etdiyini bildirmişdi.