"Beşiktaş" Cenk Tosuna əvəz tapıb.  Unikal.org Türkiyə mətbuata istinadən xəbər verir ki, "Evertona satdığı 26 yaşlı hücumçunu  Kayl Larrini ilə əvəzləyib.

"Qartallar MLS təmsilçisi "Orlando Sitinin hücumçusu K.Larrini heyətinə cəlb edib.  İstanbul təmsilçisi 22 yaşlı forvardla 4,5 illik müqavilə bağlayıb.

"Beşiktaş "Orlando Siti ilə müqavilə müddəti başa çatan kanadalı hücumçu üçün heç bir haqq ödəməyib. "Ağ-qaralarda ilk mövsümündə 500 min avro qazanacaq Larin, sonrakı mövsümlərdə ilinə 1,5 milyon avro əldə edəcək.

Larinin qısa müddət ərzində Antalyaya gələrək, "Beşiktaşın düşərgəsinə qoşulacağı gözlənilir.

Futbolçu ötən il "Orlando Sitinin heyətində meydana çıxdığı 30 oyunda 12 qol vurub, 2 qol ötürməsinə imza atıb. Larin Kanada millisində keçirdiyi 20 matçda 4 qol vurub.

Gənc futbolçu oyun təcrübəsi cəhətdən əziyyət çəkir. Sonuncu dəfə ötən il oktyabrın 9-da Kanada millisinin heyətində meydana çıxan hücumçu, 3 aydı heç bir oyuna çıxmayıb.