"Səbailin qış fasiləsində yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyəşləşib.

Unikal.org-un klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Premyer Liqamızın debütantı birinci divizion təmsilçisi "Sabahla qarşılaşacaq.

Oyun yanvarın 11-də, saat 17:00-da "Bayıl Arenada keçiriləcək.

Qeyd edək ki, Samir Əliyevin komandası MOİK və "Sumqayıtla da yoxlama oyunu keçirəcək.