UEFA Çempionlar və Avropa liqalarının 2016-2017-ci il mövsümündə "Fair Play qaydalarının pozulması nəticəsində tətbiq edilən cərimə sanksiyalarından toplanan vəsait digər klublar arasında bölüşdürülüb.
Unikal.org AFFA-nın saytına istinadən xəbər verir ki, vəsaitin bölgüsü qrup mərhələsində mübarizə aparan klublar üçün 80 faiz, təsnifat mərhələsində çıxış edən klublar üçün 20 faiz nəzərdə tutulub.
UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Azərbaycan klublarının hesabına müvafiq qaydada köçürülüb. Ötən mövsüm Avroliqanın qrup mərhələsində yarışan Azərbaycan təmsilçilərindən "Qarabağ və "Qəbələ klublarının hər biri 78 min 300 avro, təsnifat mərhələsində mübarizəni dayandıran "Neftçi və "Kəpəz isə hərəyə 8540 avro əldə ediblər.