İsveçin AİK klubu "Qarabağın yarımmüdafiəçisi Tarık Elyunussi ilə maraqlanıb.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı İsveç mətbuatı yayıb. Xəbərdə AİK-in Norveç millisinin də üzvü olan 29 yaşlı futbolçunun xidmətində maraqlı olduğu qeyd edilib. Klub futbolçunu icarəyə götürməyin də əleyhinə deyil.
Xatırladaq ki, Elyunussi "Qarabağda icarə əsasında çıxış edir. Ağdam təmsilçisi 29 yaşlı futbolçunu mövsümün əvvəlində "Olimpiakosdan icarəyə götürüb. Müqaviləyə əsasən, Elyunussi mövsümün sonuna kimi "köhlən atların üzvü olacaq.
Norveçli yarımmüdafiəçi "Qarabağın heyətində cəmi 8 oyun (4-ü Premyer Liqada, 1-i ölkə kubokunda, 3-ü isə Çempionlar Liqasında) keçirib.