Bir müddət öncə Taleh Heydərovun rəhbəri olduğu "Qəbələ klubu futbolçusu Voislav Stankoviç ilə müqavilənin vaxtını uzadıb. Klub serbiyalı futbolçunu əldən vermək istəmir və futbolçu daha 2 il müddətinə "Qəbələdə qalıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, klub rəhbərliyi həmin futbolçunu saxlamaq üçün yarım milyondan çox pul sayıb. Belə ki, müqaviləsi bitən futbolçuya başqa klubun təklifini dəyərləndirməməsi üçün bu rəqəmi irəli sürüb.

Dünyaca məşhur "transfermarkt saytı isə serbiyalı futbolçunun qiymətini daha da çox göstərib. Saytın bildirdiyinə görə, Voislav Stankoviçin qiyməti 700 min avrodur (təxminən: 1milyon 400 min).

Xatırladaq ki, 2015-ci ilin yayından "Qəbələnin şərəfini qoruyan Stankoviç komandanın heyətində Premyer Liqanın 2015-2016-cı il mövsümündə bürünc, 2016-2017-ci il mövsümündə isə gümüş mükafatını qazanıb. O, "qırmızı-qaraların heyətində keçirdiyi 101 matçda 2 qol vurub. Serbiyalı müdafiəçi Premyer Liqada 60, Avropa Liqasında 28 (1 qol), Azərbaycan kubokunda 13 matç (1 qol) keçirib.

Aygün İlqarqızı