AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasda futbol üzrə qızlar liqasında və futzal üzrə ölkə çempionatının 1-ci və 2-ci dəstəsində baş tutmuş oyunlardakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Yüksək Qızlar Liqasında, "Fidan" - "Gənclik" matçında hər iki komanda yaş limitini pozduğuna görə, hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Qızlar Liqasında, "Gömrükçü" - "Sumqayıt" matçında qonaqlar yaş limitini pozduğuna görə klub 0:3 hesablı texniki məğlubiyyət alıb.

Futzal üzrə Azərbaycan birinciliyinin 2-ci dəstəsinin "Baku Fans - ADBTİA matçının 20-ci dəqiqəsində "Baku Fans klubunun futzalçısı Aqşin Ömərov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

- "Baku Fans klubunun futzalçısı Aqşin Ömərov oyunun hakiminə qarşı fiziki təzyiq göstərdiyinə görə 2 il müddətinə futboldan kənarlaşdırılsın.

- Oyun sonadək oynanılmadığına görə "Baku Fans klubuna 0:5 hesablı texniki məğlubiyyət verilsin.

Futzal üzrə Azərbaycan birinciliyinin 1-ci dəstəsinin "Standard - "İtaldizayn matçının 23-cü dəqiqəsində "Standard klubunun futbolçusu Nicat Baxşıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

2-ci dəstənin "Hell Energy - ADBTİA matçının 24-cü dəqiqəsində ADBTİA klubunun futzalçısı Əbdül Əliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.