Toqo millisinin futbolçusu Dove Vomenin karyerasını Azərbaycanda davam etdirə biləcəyi barədə məlumat vermişdik.

Unikal.org xəbər verir ki, 26 yaşlı futbolçu üzvü olduğu CAR-ın "Supersport Yunayted klubunun onunla yayda bitəcək müqavilə müddətini uzatmamaqla bağlı qərarından narazı idi. Futbolçunun meneceri Maykl Nqobe xarici mətbuata açıqlamasında müştərisi üçün Azərbaycanda klub axtardığını bildirmişdi.

Artıq Vome azad agent statusu alıb. Belə ki, futbolçu və "Supersport Yunaytedin qarşılıqlı razılığı əsasında, yarımmüdafiəçinin klubla müqaviləsinə xitam verilib. Bu barədə məlumatı CAR mətbuatı yayıb.

Xatırladaq ki, 26 yaşlı futbolçu Toqo millisinin üzvüdü. O, 2009-cu ildən şərəfini qoruduğu yığmada 35 oyun keçirib, 6 qol vurub.