Son vaxtlar Azərbaycanın bəzi idman federasiyalarında maliyyə sıxıntısı, qalmaqallar yaşanır. Hətta bu problemə görə bir çox idmançılar karyerasını davam etmək, sevdiyi işindən uzaq qalmamaq üçün ölkə xaricinə üz tuturlar. Bəs görəsən Gənclər və İdman Nazirliyi idmanımızın hazırki durumunu necə dəyərləndirir? Bu maliyyə problemlərinin, qalmaqalların səbəbi nədir?

Məsələ islə bağlı gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Unikal.org-un suallarını qisməndə olsa cavablandırıb:

"Hansı Federasiyalarda maliyyə problemi var? Bu gün nazirlik tərəfindən bütün idmançıların dünya və Avropa çempionatlarına getməsi, təlim-məşq toplanışlarının keçirilməsi tam maliyyələşdirilir. Federasiyalar nazirliklə iş birliyindədir, heç bir problem yoxdur. Həmin problemləri yaradan ara adamlardır. Heç bir problem yoxdur. Bu gün Azərbaycan idmanına yaradılan dəstək heç bir ölkədə yoxdur. "

"Bəs sizin vitse-prezidenti olduğunuz Ağır Atletika Federasiyasındakı qalmaqallar, dopinq və digər problemləri yaradan səbəblər nədir?" sualımıza isə nazir müavini belə cavab verib:

"Dopinq bütün dünyada var, nə olsun? Rusiya kimi dövlətdə də bu problem yaşanıb. İşinizlə məşğul olun, "davay sağ olun-deyə kobud cavab verib başqa suaları eşitmək istəməyib dəstəyi asıb.

Aygün İlqarqızı