Daha bir idman federasiyasında ciddi struktur dəyişikliyi gözlənilir.
Unikal.org-un əldə etdiyi məlumata görə, Azərbaycan Milli Karate Federasiyası yaxın zamanda quruma yeni baş məşqçi gətirməyi planlaşdırır. Amma qurumdakı dəyişiklik bununla bitmir. Federasiyada vitse-prezident vəzifəsindən tutmuş, digər məsul şəxslərə qədər bütün vəzifələrdə dəyişiklik ediləcək. Hətta işlərindən kənarlaşdırılanlar da olacaq.
Yaşar Bəşirovun isə federasiyanın prezident postundan gedib-getməməsi sual altındadır. Bu dəyişikliklərin ayın 25-nə qədər baş tutacağı gözlənilir.
Məsələ ilə bağlı federasiyanın mətbuat katibi Sənan Məhərrəmovla əlaqə saxladıq. Qurum rəsmisi Unikal.org-a danışarkən dəyişikliklər olacağını desə də, kimlərin gedib, kimlərin qalacağı barədə dəqiq məlumat vermədi. O, bildirib ki, yaxın zamanda bu məsələyə aydınlıq gətiriləcək və rəsmi açıqlama veriləcək.
Aygün İlqarqızı