"Home and Away" adlı serialla məşhurlaşan aktrisa Cessika Falkholt vəfat edib.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı aktrisa ötən ayda ailəsi ilə birgə avtomobil qəzasına düşdükdən sonra komada idi.

Həkimlər Cessikanın sağalmasına ümid etmədiklərini bildirdikdən sonra ailəsi onun süni nəfəs aparatından ayrılmasına qərar veriblər.

Qeyd edək ki,insident ötən ayın sonunda İngiltərədə baş verib. Maşında Falkholtdan başqa, valideynləri və bacısı da olub. Onlar hadisə yerindəcə dünyasını dəyişiblər.