Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə qərarda dəyişiklik edib.
Unikal.org xəbər verir ki, həmin dəyişikliklər işsizliklə bağlı məsələləri əhatə edir. Dəyişikliklər bundan ibarətdir:
1.1. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Büdcə xərclərinin funksional təsnifatına Əlavənin 6.2.1-ci paraqrafı aşağıdakı redaksiyada verilsin:
"6.2.1. "İşsizlik paraqrafına mövcud qanunvericiliyə uyğun olaraq işsizlikdən sığorta ödənişləri, işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan işsizlikdən sığorta fondu hesabına maliyyələşdirilən aktiv məşğulluq tədbirləri daxildir.;
1.2. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - "Büdcə xərclərinin iqtisadi təsnifatı üzrə:
1.2.1. "212300. İcbari tibbi sığorta paraqrafından sonra "212400. İşsizlikdən sığorta paraqrafı əlavə edilsin;
1.2.2. "272180. İşsizliyə görə verilən müavinətlər paraqrafı "İşsizlikdən sığorta ödənişləri adlandırılsın;
1.2.3. "272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər paraqrafı "İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri adlandırılsın.
1.2.4. Büdcə xərclərinin iqtisadi təsnifatına Əlavə üzrə:
1.2.4.1. "212000. Əmək haqqına üstəlik köməkçi bölməsində "və "212300. İcbari tibbi sığorta sözləri ", 212300. İcbari tibbi sığorta və "212400. İşsizlikdən sığorta sözləri ilə əvəz edilsin;
1.2.4.2. aşağıdakı məzmunda yeni paraqraf əlavə edilsin:
"212400. "İşsizlikdən sığorta paraqrafına işsizlikdən sığorta ilə bağlı xərclər daxildir.;
1.2.4.3. "270000. "Təqaüdlər və sosial müavinətlər bölməsinin birinci cümləsindən "işsizlərə, sözü çıxarılsın və ikinci cümləsində "işsiz vətəndaşlara müavinətlərin sözləri "işsizlikdən sığorta ödənişlərinin sözləri ilə əvəz edilsin.;
1.2.4.4. "272100. Sosial yardımlar üzrə ödənişlər paraqrafında "işsizliyə görə ödənilən müavinətlər, həmçinin işsizlərin hazırlığı ilə bağlı transfertlərlə sözləri "işsizlikdən sığorta ödənişləri, həmçinin işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri ilə sözləri ilə əvəz edilsin;
1.2.4.5. "272180. İşsizliyə görə verilən müavinətlər paraqrafı aşağıdakı redaksiyada verilsin:
"272180. İşsizlikdən sığorta ödənişləri maddəsinə işsizlərə ödənilən işsizlikdən sığorta ödənişləri ilə bağlı xərclər daxildir..
1.2.4.6. "272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər paraqrafı aşağıdakı redaksiyada verilsin: "272190.
"İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri maddəsinə işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri üzrə xərclər daxildir..
Qeyd edək ki, dəyişikliklər bu il yanvarın 1-dən artıq qüvvəyə minib.