"Liverpul yetirməsini geri çağırıb. "Qırmızılar" "Frayburq klubunda çıxış edən yetirməsi Rayan Kenti geri qaytarır.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 2 klub arasında aparılan danışıqlar müsbət nəticə verib.
"Liverpul 6 ay əvvəl Kenti 1 illik icarəyə versə də, 21 yaşlı futbolçunun lazımi qədər oyun praktikası qazana bilməməsi səbəbindən onu heyətinə qaytarır.
Qeyd edək ki, Bundesliqada cəmi 6 oyuna çıxan Rayan Kent bunların heç birində 90 dəqiqə mübarizə aparmayıb.