Çinin Usi şəhərində taekvondo üzrə "Grand Slam seriyası davam edir.
Unikal.org Apasport.az saytına istinadən məlumatına görə, yarışın üçüncü həftəsində Azərbaycan millisinin lideri Radik İsayev dayanq üzərinə çıxıb.
+80 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz mübarizəyə 1/4 finaldan qoşulub. O, ilk cəhdində iranlı Sajjad Mardani ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından İsayev yarışla vidalaşıb.
Qeyd edək ki, yanvarın 30-dək davam edəcək turnirdə yığmamız 3 taekvondoçu ilə təmsil olunurdu. Milad Beiqi Harçeqani (80 kq) turnirdə bürünc medal qazandığı halda, Ayxan Tağızadə (68 kq) məğlubiyyətə üzülmüşdü.