İspaniya La Liqasının XIX turunda "Real Madrid" öz meydançasında "Vilyareal"ı qəbul edib.

Unikal.org xəbər verir ki,"Santyaqo Bernabeu" stadionunda keçirilmiş oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 87-ci dəqiqədə Pablo Fornalyes vurub.

Qeyd edək ki, turnir cədvəlinə 48 xalla "Barselona" başçılıq edir. "Atletiko" 39 xalla ikinci, "Valensiya" 37 xalla üçüncüdür. "Real" isə 32 xalla 4-cü pillədə qərarlaşıb.