Kolumbiyanın futbol tarixinin ən yaxşılarından hesab olunan Faustino Asprilya transfer bazarındakı qiymətlər barədə danışıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Asprilya indi oynayacağı təqdirdə, Neymar dəyərində ola biləcəyini deyib. O, vaxtilə "Parmada çıxış edərkən, "Milandan gələn təklif barədə də danışıb:
"İndi qiymətim nə qədər olardı? Neymarın qiyməti qədər - ən azı 200 milyon avro. "Parmada çıxış edərkən "Milandan təklif gəlmişdi. 20 milyon dollar təklif etsələr də, "Parma "yox cavabı vermişdi. Həmin vaxtın 20 milyonu indinin 200 milyonuna bərabərdi.
Asprilya "Parmadan savayı, "Nyukaslın da formasını geyinib.