"Mançester Siti "Şaxtyorun yarımmüdafiəçisi Fredi transfer etmək istəyir.

Unikal.org xəbər verir ki, "Siti Ukrayna klubuna konkret təkliflə müraciət edib. "Şəhərlilər braziliyalı futbolçu üçün 45 milyon funt (55,5 milyon avro) təklif ediblər.

Ancaq "Şaxtyor rəhbərliyi bu məbləğlə razılaşmayıb. Onlar Fredə görə daha çox kompensasiya tələb edirlər. Donetsklilərin konkret nə qədər məbləğ tələb etdikləri barədə isə məlumat verilmir.


Fred bu mövsüm Ukrayna çempionatında 16 oyun keçirib, 2 qol vurub, 2 qol ötürməsi edib.