Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandası daha bir oyun keçirə bilər.
Unikal.org xəbər verir ki, Kosovo yığması ilə yoldaşlıq oyunu keçirilməsi barədə AFFA və Kosovo Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub. Bu barədə məlumatı AFFA yayıb. Görüşün fevralın 2-də keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri yanvarın 30-da Moldova milisi ilə üz-üzə gələcək. Yığmamızın fevralın 2-də Gürcüstan seçməsi ilə qarşılaşması nəzərdə tutulsa da, gürcülər görüşdən imtina edib.