PSJ-nin hücumçusu Neymara fantastik təklif gəlib. Belə ki, "Mançester Yunayted ulduz futbolçu ilə maraqlanır. .

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa mətbuatı yayıb. Xəbərdə mankunianların braziliyalı futbolçunun transferi üçün 500 milyon avro ödəməyə hazır olduğu qeyd edilib. Bir müddət öncə "Reala transfer olunacağı deyilən Neymar məsələ ilə bağlı heç bir açıqlama verməyib.

"Qırmızı şeytanlar mövsümün sonunda "Arsenalla müqavilə müddəti bitəcək Aleksis Sançeslə də maraqlanır. Çilili futbolçu mankunianların əzəli rəqibi "Mançester Sitinin də diqqət mərkəzindədi.