"Mançester Yunaytedin hücumçusu Zlatan İbrahimoviç karyerasını "Beşiktaşda davam etdirəcək.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İbranın yanvarın sonlarında "Beşiktaşla anlaşacağı qeyd edilib. 

Bundan öncə isə İtaliya mətbuatı da isveçli hücumçunun karyerasını "ağ-qaralarda davam etdirəcəyini iddia etmişdi. Xəbərdə "qartalların rəhbərliyinin 36 yaşlı hücumçunun meneceri Mino Rayola ilə görüşdüyü vurğulanmışdı. 

Cenk Tosunu "Evertona satdıqdan sonra 22 yaşlı kanadalı hücumçu Kayl Larini transfer edən İstanbul təmsilçisinin rəhbərliyi hücum xəttinə təcrübəli futbolçu da cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, uzun müddət zədəli olan, keçən ilin sonlarında yaşıl meydana qayıdan Zlatan, cari mövsümdə 2-si start heyətində olmaqla, cəmi 7 oyunda şans qazanıb, 1 qol vurub.