Uelsin futbol üzrə milli komandasının və "Mançester Yunaytedin əfsanəvi futbolçusu Rayan Giqqz diqqət mərkəzinə düşüb.
Unikal.org xəbər verir ki, keçmiş oyunçusu sevgilisi olduğu iddia edilən, uğruna həyat yoldaşından ayrılan Keit Qrevili öz şirkətində işə götürüb. O, xanımı 24 milyon funt-sterlinq dəyərində olan otelinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə təyin edib. Giqqz Qrevilleni şəxsən özü otelə apararaq, işçilərlə tanış edib. Bu barədə məlumatı Britaniya mətbuatı yayıb. Xəbərdə həmçinin, sabiq futbolçunun Keytə bir çox hədiyyə verdiyi də vurğulanıb.
Rayanın 10 illik həyat yoldaşı Steysidən boşanmasında Keytlə eşq macərasının rol oynadığı deyilir. Maraqlıdı ki, uelsli futbolçudan sonra Qrevil də həyat yoldaşından boşanıb.
Giqqzin Keiti işə götürməsi həm sabiq futbolçunun, həm də xanımın sabiq həyat yoldaşları tərəfindən birmənalı qarşılanmayıb. Keyt Qrevillenin həyat yoldaşı Damian Burke İngiltərə mətbuatına açıqlamasında Giqqz barəsində "Evliliyimizdəki üçüncü şəxs idi, az qala yatağa da bizimlə birlikdə girəcəkdi deyib. Steysi isə Giqqzi onu aldatmaqda ittiham edib.